Tofiq Kazımovun rejissor ömrü
“60-cı illərdə Azərbaycan Milli Dram Teatrında Tofiq Kazımovun rejissor qiyamı baş verdi. Sanki Allah onu uzun illər həsrətində olduğu arzusuna çatdırmışdı. 1964-cü ildən Akademik Dram Teatrına baş rejissor təyin edilən T.Kazımovun üzərinə düşən tarixi bir missiya, onun sənətkar və vətəndaş missiyası idi. Sanki taleyin hökmü ilə o, həmin ağırlığı şərəflə daşımağa, yerinə yetirməyə məhkum edilmişdi”. Bu fikirlər sənətşünaslıq elmləri doktoru, professor İsrafil İsrafilovun “Azərbaycan teatr mədəniyyətində Tofiq Kazımov imzası” adlı yazısında qeyd olunub. İ.İsrafilov həmçinin Tofiq Kazımovun səhnəyə gəldiyi illəri sovet dövrünün teatr tarixində oyanma dövrü adlandırıb.
90
illik yubileyi keçirilən görkəmli rejissorun həmçinin
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin
yaradılması, inkişafı və formalaşması və
milli mədəniyyətimizin inkişafında müstəsna
xidmətləri olub.
Tükənməyən arzuların yolçusu
Bakıda,
kasıb bir ailədə dünyaya gözə açıb
Tofiq Kazımov. Atası Səməd Mənsur sərbəst
düşüncəli, azad fikirli bir şair olub. Satirik
şerlərinə görə onu Sabirin davamçısı
hesab edirmişlər. Səməd Mən-sur həmçinin
bir çox musiqi alətində ifa etməyi bacarır, dram əsərləri
yazır, musiqi bəstələyir və bir neçə dildə
sərbəst danışa bilirdi. Onun bu bacarığı
qanla övladlarına da keçmişdi. Atası
dünyasını dəyişəndə Tofiqin 4 yaşı
varmış. Həyatı nə qədər çətin
keçsə də, balaca Tofiq atasının incəsənətə
olan marağını xatırlayaraq böyüyüb. Belə
anlarda ona elə gəlirdi ki, həmin musiqiləri yenidən eşidir,
şeirləri təzədən dinləyir. O, məhəllə
uşaqlarına qoşularaq küçədə səhnə
qurar, onlara gələcəyin Nəsi-bə Zeynalova, Mehdi Məmmədov
kimi sənətkarları qoşulardı. Balaca aktyorların
ilk tamaşaçıları mə-həllə
uşaqları olardı. Onların küçə
tamaşaları məşhurlaşdıqca
tamaşaçılarının da sayı çoxalardı.
Artıq yaşlı adamlar da onların
tamaşaçısına çevrilirdi.
Tofiq
yeddiillik ümumtəhsil məktəbini bitirəndə səhnəyə
bitib-tükənməz istəyinin ardınca gedərək
Bakı Teatr Texnikumuna daxil olub. Görkəmli rejissor Aleksandr
Tuqanovun tələbəsi olmaq onun gələcək
inkişafında mühüm rol oynayıb.
Böyük
Vətən Müharibəsinin başlanması
çoxları kimi gənc Tofiqin də arzularının həyata
keçməsinə mane olur. Yaşıdlarına
qoşularaq Tofiq də cəbhəyə yollanır.
Döyüşlərin birində ağır yaralanır.
Müali-cə olunub sağalsa da, cəbhə
üçün yararsız hesab olunduğundan Bakıya
qayıdır.
T.Kazımov
yenidən yarımçıq qalan teatr arzularının
ardınca getməyi qərar verir. Bir müddət GTT-də
aktyor işləməyə başlayır. "Məlik Məmməd",
"Ana" və s. tamaşalarda oynayır. Ancaq teatr təhsilini Moskvada davam
etdirmək istəyi ona bir an da rahatlıq vermir.
Anasının razılığı ilə Moskvaya gedir. Bəxti
onda gətirir ki, Ümumittifaq Teatr Sənəti İnstitutuna,
Knebbelin rejisorluq kursuna daxil olur. Oleq Tabakov, Oleq Yefremov, Yevgeni
Vaxtanqov kimi sənətkarlarla eyni kursda oxuması onun gələcək
inkişafında mühüm rol oynayır. Tofiq Kazımov gələcəyin
böyük sənətkarlarına çevriləcək bu
insanlarla dostluq əlaqələrini sonralar da qoruyub
saxlayır.
Öz
teatrını yaratmaq arzusu
Yeni
ideyaları həyata keçirmək o qədər də asan
deyildi. Gənc rejissor özü də bunu başa
düşürdü. Onu da dərk edirdi ki, məqsədə
çatmaq üçün gecə-gündüz
çalışmaq, maneələri dəf etmək
lazımdır. Gənc rejissorda isə bu iradə və enerji
vardı. Əlbəttə, onun novator ideyalarına mane
olmağa çalışan-lar da çox idi. Üzünə
gülüb, ayağının altını qazanlar ona hər
cür pislik etməkdən çəkinmirdilər. Mərd təbiəti,
kimsəyə əyilməzliyi də özünə mane
olurdu. Ancaq o, dəyişə bilmirdi. Mərhum rejissor Məmmədkamal
Kazımov danışırdı ki, Tofiq Kazımovun
"Azdrama"ya gəldiyi illər onun gözləri
qar-şısında baş verib: "Tofiq daha çox gənclərlə
işləmək, onlar üçün meydan açmaq istəyirdi.
Həmişəki kimi estafeti əldən vermək istəməyən
qocaman aktyorlar ona mane olur, gənc rejissordan yuxarılara anonim məktublar
yazırdılar. Bu, yaradıcılıq enerjisi
aşıb-daşan bir rejissor üçün çox
ağır mərhələ idi. Ancaq Tofiq Kazımov iradəsi
ilə bu mərhələni adlaya bildi. Üstəlik, Mehdi Məmmədov,
Ədil İsgən-dərov kimi rejissorlarla da onun fikirləri
toqquşurdu. Hərəsinin öz yolu vardı. Hamısı
yenilik yarat-maq istəyirdi. Tofiq Kazımov isə teatra avanqard
teatr ideyaları ilə gəlmişdi".
Tofiq
Kazımov ona mane olmağa çalışan aktyorların hərəkətini
həmişə təəccüblə
qarşılayarmış: "Bil-mirəm, bu adamlar özlərini
sevirlər, yoxsa səhnəni? Səhnəni sevən insanlar
onun gələcəyini də fikir-ləşməlidirlər.
Cavanlar qoca rolları oynaya bilərlər, bəs qocalar necə
cavan rollarını oynaya bilər?" Tofiq Kazımov səhnənin
gələcəyi üçün gənclərə meydan
verib, yaşlıların təcrübəsindən istifadə
et-mək tərəfdarıydı.
Həmişə
istedad axtarışında
Tofiq
Kazımov həmişə istedad axtarışında olub.
İncəsənət İnstitutóída dərs dediyi üçün
istedadlı gəncləri diqqətində saxlayır, onlara
qayğısını əsirgəmirdi.
"Azdrama"nın baş rejissoru işlədiyi vaxt-larda
teatra çoxlu istedadlı gənclər cəlb edərək
öz teatrını yaratmağa nail olmuşdu. Şəfiqə
Məmmə-dova, Həsənağa Turabov, Fuad Poladov, Səməndər
Rzayev, Hamlet Xanızadə, Amaliya Pənahova, Yaşar Nuriyev
kimi aktyorları teatra məhz Tofiq Kazımov gətirmiş və
bu aktyorlarla birlikdə Azər-baycan teatrını irəli
apara bilmişdi. Onun bu tələbələrlə
işbirliyi sayəsində "Antonio və Kleopatra",
"Ölülər", "Dəli
yığıncağı", "Hamlet" səviyyəli
tamaşalar səhnəyə qoyulmuşdu.
“T.Kazımov
"Pəri cadu", "Qılınc və qələm"
pyeslərinin üzərində işləyəndə də
niyyətində ardıcıl idi. Yadımdadır, məşhur
Don Juan haqqında tamaşa qoymaq arzusu ilə M.İbrahimova
müraciət edib, hazırlıq işindən tutmuş,
ayrı-ayrı səhnələrin yazılmasını belə
özü edirdi. O, Tirso de Molinadan tutmuş Lesi Ukrainkaya,
Molyerdən M.Frişə qədər olan "Don Juan"
müəlliflərinin əsərlərini tutuşdurur,
onlardan fərqli olan, daha aktual motivlər, orijinal vəziyyətlər
yaradırdı. Nəhayət, pyes hazır olanda müəllif
kimi M.İbrahimovun adı ilə yanaşı, T.Kazımovun
adı da yazılsa idi, tam ədalətli iş olardı. Yəqin
ki, heç Mirzə müəllimin özü də buna etiraz
etməzdi. Lakin T.Kazımov istəmədi. Çünki məsələ
onun adının müəlliflər sırasına
çıxmasında yox, teatrımızın repertuarına
maraqlı bir pyesin daxil olmasında idi. Həm də bu, onun
dramaturqlarla apardığı iş üsulu idi. Yəni o,
Şekspirin də, M.F.Axundzadənin də, C.Məmmədquluzadənin
də, İ.Əfəndiyevin də, İ.Qasımovun da,
B.Vahabzadənin də əsərlərinin səhnə təcəssümü
zamanı fəal yaradıcılıq müdaxiləsini,
konseptual araşdırmanı əsas tuturdu”-deyə
İ.İsrafilov görkəmli rejissorun yaradıcılıq
fəaliyyətini analiz edərək yazıb.
T.Kazımov
Akademik teatrla yanaşı, başqa teatrların səhnəsində
də uğurlu tamaşalar hazırlayıb. Rus Dram
Teatrında "Şəhərin səhəri" pyesi
böyük müvəffəqiyyətlə oynanılıb.
T.Quliyevin "Qızıl axtaran-lar" operettasına
"Muskomediya"da quruluş verib. Naxçıvan
teatrında da bir neçə tamaşanın
quru-luşçu rejissoru olub. T.Kazımovun kino fəaliyyətində
çəkdiyi filmlər çoxluq təşkil etməsə
də, həyatı-nın bu mərhələsi də maraqlı
olub.
“T.Kazımovun yaradıcılıq yolunu izlədikcə, onun əməkdaşlıq etdiyi dramaturgiya ən azı təəccüb doğurur”- deyən İ.İsrafilov rejissorun yaradıcılığında Şekspir, M.F.Axundzadə, C.Məmmədquluzadə, İ.Əfəndiyev, M.Qorki, M.İbrahimov, V.Hüqo, Ə.Haqverdiyev, A.Vampilov, K.Qoldoni, B.Vahabzadə, İ.Qasımov kimi müəlliflərin üstünlük təşkil etdiyini qeyd edib: “Və hər bir müəllifin öz ədəbi fəzası, öz ruhu, öz bədii tələbləri. Amma bir məsələ var ki, T.Kazımovun hər müəllifə fərdi əməkdaşlıq münasibəti olmuşdur. Həmin müəlliflərin əsərlərinin səhnə təcəssümü belə bir qənaətə gəlməyə imkan verir ki, T.Kazımov daxilən sevmədiyi əsərlə uğur qazana bilməmişdir”.
Haqsızlıqlarla barışmaz
"Tofiq
Kazımov hərtərəfli insan olub". Bu gün bu
fikri onu həyatda görənlərin, onunla ünsiyyətdə
olanların hamısı təsdiqləyir. O, musiqini, heykəltəraşlığı,
rəssamlığı eyni dərəcədə sevirdi. Təbiətcə
romantik idi. İşdə nə qədər tələbkar və
zəhmli idisə, həyatda bir o qədər mülayim, həlim
xasiyyətli idi. Tofiq Kazımov dostluqda da sədaqətli olub.
Say-seçmə dostları arasında Emin Sabitoğlunu
çox sevərmiş. Gənclik illərində Tofiq Quliyevlə
dostluq edərmiş.
Kinorejissor
Eldar Quliyev də bu dostluğu yaxşı xatırlayır:
"Tez-tez evimizə gələrdi. Onların söh-bətlərinə
maraqla qulaq asardım. Mən bu söhbətlər əsnasında
Tofiq Kazımovun çox xeyirxah adam olduğunu
görürdüm. Ona kömək üçün müraciət
edən kimsəni naümid qoymazdı".
Xalq
artisti Fuad Poladov isə müəllimini “haqq
carçısı” adlandırır: "Tofiq Kazımov
çox haqsızlıq görmüşdü. Başqalarının
sakit baxdığı bəzi məsələlərə o
dözə bilmir, etirazını bildirirdi. Cəmiyyətdə
gördüyü haqsızlıqlarla
barışmazlığını tamaşalarında göstərirdi.
Onun hər tamaşasında haqsızlığa qar-şı
bir üsyan vardı. Tofiq Kazımov bəzən onu
düşündürən, narahat edən fikirlərinə həmdəm
də tap-mırdı”.
Mərhum Xalq artisti Yaşar Nuri sevimlindən söz düşəndə həmişə deyirdi: “Yaradıcılıq prosesi onun üçün insan cəmiyyəti və insanın yeni tərəflərini üzə çıxarmaq idi. Tofiq müəllim hamıya qarşı tələbkar idi. Bunu bildiyimiz üçün heç vaxt məşqlərə gecikməzdik. Məşqə kim gecikərdisə, qapıdan içəri keçməyə cəsarət etmirdi. Onun dəmir intizamı var idi. Ona görə də məşqlərə vaxtında və böyük həvəslə gələrdik. Bilirdik ki, bizi iş gözləyir. Hər tamaşa sonradan teatr həyatında bir hadisəyə çevri-lirdi. Tamaşalarda adam əlindən tərpənmək olmurdu. Demək olar ki, bircə dənə də boş loja tapa bil-məzdin. Dramaturqlar, aktyorlar, rəssamlar onunla işləməyi xoşlayırdılar. Tofiq Kazımov da istedad-lı adamlarla işləməyi sevirdi”.
Görkəmli rejissor Tofiq Kazımov 57 yaşında dünyasını dəyişib. Ancaq ömrünü sənətə həsr etdiyi illər ərzində milli teatr tarixinə qızıl hərflərlə yazılan tamaşalar bəxş edib. İ.İsrafilovun dediyi kimi: “Böyük novator T.Kazımovun rejissor ömrünün üçüncü zəngi, təxminən 60 il bundan əvvəl çalınsa da, yaşadığımız XXI əsrdə də eşidilməkdədir”.
Təranə Məhərrəmova
Kaspi.-2013.-19 iyun.-S.11.